AzVen şirkəti Azkoyen avtomatlarının Azərbaycanda rəsmi distribyutorudur.

 
 
 
 
 

Şirkət haqqında

AzVen şirkəti 2006-cı ildə təsis olunmuşdur və öz fəaliyyəti ilə Azərbaycanda vendinq biznesinin əsasını qoymuşdur.

AzVen şirkəti dünyada aparıcı ticarət avtomatlarının istehsalçısı olan Azkoyen S.A. şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur və o, isti və soyuq içkilərin, porsiya şəklində qablaşdırılmış ərzaq məhsullarının, siqaretlərin satışı üzrə geniş çeşiddə ticarət avtomatlarını, o cümlədən professional qəhvə avadanlıqlarını təqdim edir.

Ticarət avtomatlarının satışından əlavə, AzVen şirkəti müştərilərinə İspaniyada istehsalçının zavodunda treninq keçmiş texniki əməkdaşları tərəfindən yüksək səviyyəli texniki dəstək göstərir. İsti içkilərin satışı ilə məşğul olan müştərilərimizə vendinq üçün nəzərdə tutulan yüksək keyfiyyətli ingredientlərlə təchizat təşkil edilmişdir.

İstehsalçı haqqında

Baş ofisi İspaniyanın Peralta şəhərində yerləşən Azkoyen şirkəti 1956-cı ildən başlayaraq geniş çeşiddə ticarət avtomatları istehsal edir. Azkoyen şirkəti ticarət avtomatları, professional qəhvə avadanlıqları (qəhvə-maşınları və qəhvə-üyüdücüləri), ictimai telefon avtomatları, oyun avtomatları, avtomobil dayanacaqları və s. üçün ən müasir ödəmə sistemlərinin işlənməsi və quraşdırılması işində ixtisaslaşmış qabaqcıl ispan şirkətidir.

Azkoyen S.A. şirkətinin avadanlıqları bütün dünyada tanınır və geniş istifadə edilir.



 
 

Рейтинг@Mail.ru