Ofislər, idman klubları, ticarət mərkəzləri, kinoteatrlar, ali təhsil ocaqları və kolleclər üçün əvəzolunmaz atribut. İdeal şəraitdə qorunub saxlanan müxtəlif ərzaq çeşidləri. Tez və rahat.
Palma Hz70 avtomatlarında məhsulun klassik spiralvari ötürülməsi sistemi tətbiq olunmuşdur. Spirallar asanlıqla dəyişilir və muxtəlif növdə ərzaq məhsullarının satışına imkan yaradır. Operator müəyyən quraşdırma yerlərində avtomatlardan istifadə edən alıcıların istəklərini tam təmin etmək məqsədilə tez bir zamanda alıcıların tələbatına reaksiya verərək satılan məhsulun növünü dəyişə bilir.
Avtomatın spiralları yarım-dövrə çevrilə bilir, bu isə misal üçün şokolad batonları kimi ölçüsü çox da böyük olmayan ərzaq məhsullarının maşına iki dəfə artıq doldurulmasına imkan yaradır.
Çipslər vedinq üçün əla məhsuldur, lakin əksər insanlar xüsusi şəraitdə saxlanma tələb edən faydalı məhsullara üstünlük verirlər. Məhz buna görə bütün Palma modelləri temperatur rejimini tənzimləyən soyuducu qurğularla təchiz olunmuşlar, və bu, yoqurt, süd məhsulları, səndviçlər və s. müştərilərə təklif etmək imkanı yaradır.
Yüksək keyfiyyətli üç laylı düz vitrin şüşəsi ərzağın etibarlı qorunmasını təmin edir. Dörd tərəfdən güzgülü səthlər sistemi ilə təşkil olunmuş avtomatın daxili işıqlandırılması sistemi, məhsulları yaxşıca işıqlandırır və alıcıların diqqətini cəlb edir.
Avtomatın xarici görünüşü çox cəlb edicidir və onun dizaynı avadanlığın istənilən interyerdə quraşdırılmasına imkan verir. Rahat istifadə üçün avtomat xüsusi rusdilli displey ilə təchiz olunmuşdur, belə ki, bu, operator üçün seçilən ərzaq məhsulları, qəbul edilmiş pul vəsaitləri haqqında statistik məlumatlar verir.
Palma Hz70 avtomatı reklam və digər promosiya aksiyaların keçirilməsində istifadə edilə və satılan məhsullarla bərabər hədiyyələr də vermək üçün istifadə edilə bilər.
Azkoyen S.A firmasının başqa avtomatları kimi bu seriyadan olan avtomatlar da yüksək proqramlaşdırma sisteminə malikdirlər, və aşağıda göstərilən funksiyaların yerinə yetirilməsi üçün imkan yaradırlar:
Ərzaqla bərabər bonus hədiyyənin verilməsinin təşkili
Ərzağın istifadə vaxtının keçməsinə nəzarət
Alternativ prays-listin (qiymətlərin) təyin edilməsi
Elektrik Enerjisinin qənaət rejiminə keçməsinin proqramlaşdırılması
Statistik hesabat sistemi hər bir ərzaq üzrə ayrı-ayrılıqda olduğu kimi çeşidlərin ümumi satışı haqqında da məlumat almağa imkan yaradır. Qəbul edilmiş pullar və ödənilən qalıqlar haqqında hesabat aparılır.
Avtomatın proqramlaşdırılması və statistik məlumatların alınması müxtəlif üsullarla aparılır: avtomatın xüsusi klaviaturası vasitəsi ilə, noutbukun köməyi ilə, hətta mühəndis kalkulyatoru - HP-nin köməyi ilə də aparıla bilər.
Azkoyen S.A. şirkətinin bütün digər avtomatları kimi Palma snek avtomatları da ödəniş vəsaiti kimi qəpiklər, kağız pullar, o cümlədən ödəniş kartları qəbul edir.