Avtomat üç modeldə təklif olunur-10-16-18. Avtomatların modelləri həll olunan komponentlərin tutum həcminə görə fərqlənir: 4/5/6 və hazır içkilərin seçim sayına görə: 8/12/14.
Avtomat təbii qəhvə dənəciklərindən və həll olunan komponentlərdən və həll olunmuş qəhvədən içkilər hazırlayır.
Espressonun hazırlanma prossesi tamamilə klassik texnologiyaya uyğundur. Avtomatlarda xüsusi poladdan hazırlanmış İsveçrə bıçaqları ilə təchiz olunmuş qəhvə üyüdücüləri quraşdırılmışdır. Bu qəhvə üyüdücüləri hətta xüsusi qızardılmış qəhvə dənəciklikləri ilə də işləyə bilir. İlk texniki xidmət göstərilməsinə qədər qəhvə üyüdücülərinin bıçaqları 140 000 üyütməyə (bu hər gün 50 stəkan hazırlamaqla 5 ildən artıq bir müddət deməkdir) davamlıdır. Bu, digər ticarət nişanlarının maşınlarında olduğu kimi 10 000 üyütmə ilə müqayisəolunmazdır.
Qəhvə üyüdücüsü reduktorsuz çalışır, bununla o, bazardakı digər təkliflər üçün xarakterik olan sınma və ya boş dayanma hallarını əhəmiyyətli dərəcədə minimallaşdırır.
Espressonun hazırlanmasında istifadə ounan suyun təzyiqi -9-12 bar olur, bu klassik espressonun hazırlanması qaydalarına uyğundur. İçkinin hazırlanması zonasından nəm havanı kənarlaşdiran sistem işləyir və bu boruların tutulmasının, tozun bərkiməsinin qarşısını alır.
Komponentlərin yüklənmə tutumu: dənəcikli qəhvə – 3,5 kq, şəkər – 5,3 kq, süd (qaymaq) – 2,2 kq, Şokolad – 3,1 kq, həll olunan qəhvə– 1,5 kq
Avtomatda şəkərin dozasını tənzimləmək üçün 5 səviyyə vardır.
Dörd ilkin seçmə (ilkin seçim) düyməsi. Sizin istəyinizlə düyməciklərdən biri elə proqramlaşdırıla bılər ki, içki stakan və qaşıq verilmədən sizin öz fincanınıza süzülsün.
Avtomatda qarışdırıcı hər bir sifariş zamanı avtomatik verilir. Qarışdırıcının ölçüsü - 95 mmdir.
2006 ildən bu modelli avtomatlar üçün soyuducu qurğular işlənib hazırlanmışdır və istehsal olunmaqdadır. Bunlar yalnız ətirli qəhvə, isti içkilərin satışına deyil, eləcə də, soyudulmuş südlü kokteyllərin, soyuq çayın satışına imkan yaradır. Bu təklif yayda ənənəvi olaraq isti içkilərə olan tələbatın aşağı düşməsi səbəbindən satış səviyyəsinin aşağı düşməsinin qarşısını alacaqdır. İndi sizin avtomatlarınız sizi və sizin alıcılarınızı ilboyu sevindirə bilir.
Avtomatda içkinin hazır olma prossesini bildirən səsli siqnal və bütün hazırlanma prosseslərini əks etdirən displey mövcuddur. Stəkanın işıqlandırılması funksiyasının quraşdırılması mümkündür.
Özünün-diaqnostika sistemi, özünü-təmizləmə funksiyaları (taymer ilə proqramlaşdırılır), taymerin işə salınması və söndürülməsi, proqramlaşdırılmış alternativ qiymət-kağızı, dəyişdiriləbilən ön panellər, bonus kimi pulsuz içki porsiyalarının verilməsinin proqramlaşdırılması Veneto ilə işləməyi əvəzolunmaz edir.
Statistik məlumatların götürülməsi noutbuk (port com RS 232), portatv printer və elektron açar vasitəsilə həyata keçirilə bilər.
Ödəmə sistemi banknotlar, qəpiklər, jetonlar və çip-kartlara uyğunlaşdırıla bilər.
Su sisteminə qoşulduğu hallarda filter və su yumşaldıcıdan (regiondan asılı olaraq) istifadə etmək məsləhət görülür.
Avtomatlarda qalıq ödəmə funksiyasını daşıyan qəpik qəbuledicisi AN-8000 “Azkoyen”, və əskinas qəbul edən NV-7 «Automatic transactions»(Böyük Britaniya istehsalı) quraşdırılır.
Alıcının arzusuna əsaslanaraq istəlinən əskinas qəbulediciləri quraşdırıla bilər.