Texniki dəstək
AzVen şirkəti ticarət avtomatlarının satışı ilə bərabər onlara geniş texniki dəstək xidməti göstərir. İspaniyada, istehsalçının zavodunda treninq keçmiş texniki əməkdaşlarımız müştərilərimizə yüksək keyfiyyətli texniki yardım göstərirlər. Qeyd etmək istəyirik ki, AzVen şirkəti tərəfindən satılan bütün avadanlıqlara bir illik zəmanət verilir və bu müddət ərzində bütün texniki xidmətlər pulsuz həyata keçirilir.
Zəmanət müddəti başa çatdıqdan sonra biz müştərilərimizə avtomatların mütamadi profilaktik yoxlanılması və ya hər hansı meydana çıxan qüsurların aradan qaldırılmasına dair texniki xidmət müqaviləsi təklif edirik.
Alıcılarımız üçün bizdə “qaynar xətt” mövcuddur. Mühəndislərimiz hər zaman xətdədir və avtomatlarla iş barəsində ətraflı məlumat verməyə daim hazırdırlar.